...

Masallıda kəndə giriş bağlanıb - Lerikdə isə dağ uçqunu baş verib

Cəmiyyət Materials 28 Oktyabr 2016 13:53 (UTC +04:00)
Masallının Zuvand kəndinə giriş yolu bağlanıb, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində- "Dağlar qapısı" deyilən ərazidə isə dağ uçqunu baş verib.
Masallıda kəndə giriş bağlanıb - Lerikdə isə dağ uçqunu baş verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Masallının Zuvand kəndinə giriş yolu bağlanıb, Lerik rayonunun Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində - "Dağlar qapısı" deyilən ərazidə isə dağ uçqunu baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Hər iki prosesin sürüşmə ilə bağlı olduğunu deyən S.Əmiraslanov bildirib ki, Lerikə qarın yağması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda suxurlar arasındakı boşluq yuyulub: "Nəticədə yolun 10-cu kilometrliyində ucqun baş verib. Yoldakı ən böyük ucqun kütləsinin ölcüsü 5 metrdir. Bu proses yolun təxminən 35-40 metr hissəsini əhatə edir. Hazırda yol istismar idarəsinin texnikaları yolun açılması üçün tədbirlər görür".

S.Əmiraslanov Masallının Zuvand kəndində də müvafiq strukturlar tərəfindən yolun açılması üçün tədbilərin görüldüyünü söyləyib.

O, hazırda ölkədəki digər sürüşmə sahələrində də aktivləşmənin müşahidə edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti