...

TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib

Cəmiyyət Materials 14 Noyabr 2016 15:41 (UTC +04:00)
Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.
TƏHLÜKƏ: Yeni sürüşmə sahələri əmələ gəlib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın bəzi ərazilərində yeni sürüşmə sahələri əmələ gəlib, mövcud sürüşmə sahələrinin bəziləri isə aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Trend-ə deyib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, cənub bölgəsində - Lənkəran, Yardımlı, Lerik rayonlarındakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Burada eyni zamanda, yeni, lokal xarakterli sürüşmə və oturmalara (sürüşmə prosesinin ilkin əlaməti) da rast gəlinir.

S.Əmiraslanovun sözlərinə görə, əsasən, Lənkəran çayının sağ və sol sahilində yerləşən kəndlərdə lokal tipli sürüşmələr müşahidə olunur.

Nazirlik rəsmisi əlavə edib ki, atmosfer yağıntılarının normadan artıq düşməsi nəticəsində Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Bundan başqa, Şamaxı rayonun Mədrəsə kəndində yeni sürüşmə sahəsi əmələ gəlib, kənd ərazisindəki yol sıradan çıxıb: “Eyni zamanda Cabanı kəndi ərazisində buna bənzər proses müşahidə edilib. Çuxuryurd gölünün səviyyəsinin artması ilə əlaqədar kəndə gedən yolda sürüşmə qeydə alınıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti