...

SOS Uşaq Kəndində ilk tibbi yardım üzrə təlim (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2016 16:26 (UTC +04:00)
Tədbirlər Planına uyğun olaraq, əhalinin tibbi maarifləndirilməsi sahəsində silsilə tədbirlər həyata keçirilir.
SOS Uşaq Kəndində ilk tibbi yardım üzrə təlim (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, əhalinin tibbi maarifləndirilməsi sahəsində silsilə tədbirlər həyata keçirilir.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, noyabrın 14-də SOS Uşaq Kəndində İSİM-in həkim-mütəxəssisi Şəhla Mirzəzadənin iştirakı ilə “Yol nəqliyyat hadisələri zamanı ilk tibbi yardım” mövzusunda təlim olub.

Təlimdə ilk tibbi yardımın əsas məqsədi, yardım zamanı atılan addımlar barədə uşaqlara ərtaflı məlumat verilib, sağlam həyat tərzinin qorunması yolları barədə söhbət açılıb. İnteraktiv formada keçirilən təlim zamanı Ş.Mirzəzadə uşaqların çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti