...

"Azəravtoyol" "Uğur" Milli Mükafatına layiq görülüb

Cəmiyyət Materials 21 Dekabr 2016 10:49 (UTC +04:00)
"Azəravtoyol" ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatına layiq görülüb.
"Azəravtoyol" "Uğur" Milli Mükafatına layiq görülüb

Bakı. Trend:

"Azəravtoyol" ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatına layiq görülüb.

Bu barədə Trend-ə "Azəravtoyol"dan məlumat verilib.

Cəmiyyət 2016-ci ildə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırdığına, ümumilikdə 200 km-ə yaxın magistral avtomobil yollarını 1-ci texniki dərəcəyə uyğun yenidən qurduğuna, 600 km-dən artıq 30 kənd, qəsəbə və rayonlararası yolları təmir və bərpa etməklə 220 kənd və qəsəbədə, həmçinin 13 rayon mərkəzində yaşayan 1 mln-a yaxın vətəndaşın rahat və təhlükəsiz hərəkətini təmin etdiyinə, yolların yenidən qurulması ilə sərnişin və yük daşımasının artımına, ən əsası isə həmin ərazilərdə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxardığına görə bu mükafata layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti