...

Bakıda biznes mərkəzində qətl hadisəsi törədilib

Cəmiyyət Materials 7 Yanvar 2017 15:29 (UTC +04:00)
Bakının Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.
Bakıda biznes mərkəzində qətl hadisəsi törədilib

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə “Demirchi Tower” biznes mərkəzində baş verib. 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlunu qətlə yetirib. Qətl hadisəsini törədən şəxs saxlanılıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti