...

"Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər edilib

Cəmiyyət Materials 11 Yanvar 2017 16:09 (UTC +04:00)
Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişikliklər edilib.
"Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişikliklər edilib

Bakı. Trend:

Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən Qaydaların 65.3-cü bəndinin ikinci cümləsində “Şikayətin” sözü “Bu Qaydaların 65.4-cü bəndinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə əvəz edilib.

Həmçinin aşağıdakı məzmunda 65.4-cü bənd əlavə edilib:

“65.4. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti