...

"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılır

Cəmiyyət Materials 25 Yanvar 2017 13:01 (UTC +04:00)
"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" ilk və yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsi müzakirəyə çıxarılır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" ilk və yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.

Bu layihənin hazırlanmasının artıq sosial sifariş olduğunu deyən Komitə sədri qeyd edib ki, artıq layihə üzərində işlər yekunlaşıb:

"Hazırda bununla bağlı hökumətin qərarı gözlənilir. Son zamanlar yeniyetmələr arasında intihar hallarının artması bizi çox narahat edir. Uşaqlara qarşı təcavüz hallarının artması da günün mövzusudur. Yaxud da uşaqların qəyyumluq məsələsi də bu gün problemə çevrilib. Misal olaraq, Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4-5 müraciət olub. Deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evində seçmişik, lakin bu gün onun 4 yaşı var, amma hələ də onu qəyyumluğa götürə bilmirik. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti