...

"Təmiz Şəhər" orta məktəb şagirdləri üçün zavodlara növbəti tur təşkil edib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2017 10:29 (UTC +04:00)
"Təmiz Şəhər" orta məktəb şagirdləri üçün zavodlara növbəti tur təşkil edib.
"Təmiz Şəhər" orta məktəb şagirdləri üçün zavodlara növbəti tur təşkil edib  (FOTO)

Bakı. Trend:

Bakı şəhərinin müxtəlif məktəblərində elan edilən “Ekologiya ayı” çərçivəsində “Təmiz Şəhər” ASC Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına tur təşkil edir.

ASC-dən Trend-ə verilən məlumata görə, zavodlara növbəti tur yanvarın 26-da Bakı şəhərində yerləşən 6 və 297 saylı orta məktəblərin şagirdləri üçün təşkil olunub. Turda iştirak edən 4, 5 və 8-ci sinif şagirdləri zavodlarda iş prosesi ilə yaxından tanış olub, onlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir.

Şagirdlər həmçinin, təkrar emal olunması üçün evlərindən və məktəbdən topladıqları yarasız kağız məhsullarını Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil veriblər. Şagirdlərə məlumat verilib ki, tullantının təkrar emala yararlı olmayan hissəsi Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir. Ən qabaqcıl 4G texnologiyası ilə inşa edilən bu zavodda tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır. Zavodda il ərzində hasil olunan enerji ilə 300 min əhalisi olan şəhər və ya rayonu bir il ərzində tam elektrik enerjisi ilə təmin etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti