...

Təcili Tibbi Yardıma müraciətlər artıb - 2 gün 42 nəfər buzda sürüşdü

Cəmiyyət Materials 2 Fevral 2017 10:57 (UTC +04:00)
Son 2 gün ərzində qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buzlaşması səbəbindən 42 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Təcili Tibbi Yardıma müraciətlər artıb - 2 gün 42 nəfər buzda sürüşdü

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 2 gün ərzində qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buzlaşması səbəbindən Bakıda 42 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 38-i müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Qalan şəxslərə isə yerində yardım göstərildikdən sonra evə buraxılıb.

M.Mirzəzadə qeyd edib ki, xəsarət alanlar əsasən, əzilmə diaqnozları ilə xəstəxanalara yerləşdirilblər. Onlar arasında ciddi zədə alanlar yoxdur. Buzda sürüşənlər arasında uşaqlar yoxdur.

Xəbər lenti

Xəbər lenti