...

Nazirlər Kabineti ali təhsillə bağlı qərarlarında dəyişiklik edib

Cəmiyyət Materials 9 Fevral 2017 15:56 (UTC +04:00)
Nazirlər Kabineti ali təhsillə bağlı bəzi qərarlarında dəyişiklik edib.
Nazirlər Kabineti ali təhsillə bağlı qərarlarında dəyişiklik edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti (NK) ali təhsillə bağlı bəzi qərarlarında dəyişiklik edib.

NK-dan Trend-ə verilən məlumata görə, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

Yeni qərara zəsasən, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”ndakı “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “ İdman jurnalistikası”ı əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti