...

Bakıda ağır qəza, avtomobil körpüdən aşdı - Yaralananlar var (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Fevral 2017 09:31 (UTC +04:00)
Paytaxtda ağır yol qəzası baş verib.
Bakıda ağır qəza, avtomobil körpüdən aşdı - Yaralananlar var (YENİLƏNİB)

İlkin xəbər saat 08:51-də yayımlanıb

Bakı. Trend:

Bu gün səhər saatlarında Zabrat-Maştağa yolunda baş vermiş zəncirvari qəza nəticəsində minik avtomobillərindən biri körpüdən aşıb. Trend-in məlumatına görə, hadisə zamanı 2 nəfər - 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlu və anası 1972-ci il təvəllüdlü Vəliyə Sahilə İbrahim qızı hazırda 3 saylı şəhər xəstəxanasına yeləşdiriliblər.

X X X

08:51

Paytaxtda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, minik avtomobili Zabrat-Maştağa yolundakı körpüdən aşaraq dəmir yolunun üstünə düşüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti