...

"Azərişıq" gücləndirilmiş rejimə keçdi - Küləyə görə

Cəmiyyət Materials 31 Mart 2017 10:04 (UTC +04:00)
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
"Azərişıq" gücləndirilmiş rejimə keçdi - Küləyə görə

Bakı. Samie Əli - Trend:

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar olaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər nəzarətə götürülüb:

"Bütün istiqamətlərdə, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, texnikalar hazır vəziyyətə gətirilib. Ümumən, elektrik sistemi tam yenilənib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır".

T.Mustafayev bildirib ki, hazırda ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti