...

Beyləqanda 45 yaşlı kişi küçədə güllələndi

Cəmiyyət Materials 6 Aprel 2017 09:48 (UTC +04:00)
Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.
Beyləqanda 45 yaşlı kişi küçədə güllələndi

Bakı. Samir Əli - Trend:

Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

Beyləqan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti