...

AzTA: Sertifikatsız bələdçilər var, onlara nəzarət etmək imkanımız yoxdur

Cəmiyyət Materials 14 Aprel 2017 07:46 (UTC +04:00)
Bu gün Azərbaycanda sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.
AzTA: Sertifikatsız bələdçilər var, onlara nəzarət etmək imkanımız yoxdur

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda sertifikatı olan 150-dən çox turizm rəhbəri, yəni bələdçi fəaliyyət göstərir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, həmin bələdçilər Bakı Ekskursiya Bürosu və Azərbaycan Turizm və Menecment İnstitutu tərəfindən təşkil olunan kurslarda hazırlanıb.

N.Bağırov əlavə edib ki, hotel və turizm şirkətlərinin yalnız sertifikatı olan bələdçilərlə işləməsi tövsiyə edilir. Bu məqsədlə turizm müəssisələrinə dəfələrlə tövsiyə xarakterli məktublar da göndərilir:

“Bu gün həm sertifikatlı, həm də təəssüflər olsun ki, sertifikatsız bələdçilər var. Biz hotel və turizm şirkətlərinə tösviyə xarakterli məktublar göndərərək bildiririk ki, sertifikatsız bələdçilərlə çalışmasınlar. Təəssüf ki, sertifikatsız bələdçilər İçərçişəhərin ətrafında və digər ərazilərdə turistlərlə birbaşa əlaqəyə girir və onlarla sövdələşmə aparırlar. Sertifikatı olan bələdçilər 1 saat üçün 15-20 manat əmək haqqı istəyirlərsə, setifikatsız bələdçilər 5-7 manatla turistləri özlərinə cəlb edirlər. Problem ondadır ki, bu gün sertifikatı olmayan belə bələdçilərə nəzarət etmək imkanımız yoxdur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti