ADU-da “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimetmə mərasimi keçirilib (FOTO)

ADU-da “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin təqdimetmə mərasimi keçirilib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, öncə çıxış edən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq hazırlanan kitab haqqında qonaqlara məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə olaraq beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edildiyini və öyrənildiyini diqqətə çatdırıb. Beynəlxalq təhlükəsizliklə bağlı bütün məlumatların kitabda əks olunduğunu deyən S.Həmidov istifadə olunmuş anlayış və terminlərin tam olaraq izah edildiyini qeyd edib. O, milli maraqların əsas götürüldüyü dərsliyin üz qabığı ilə məzmununun bir-birini tamamladığını söyləyib.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev kitab yazmağın vacibliyini vurğulayaraq bu təqdimatın ən gözəl təqdimetmə mərasimi olduğunu bildirib. Son 10 ildə kitab nəşrinə görə İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) İnkişaf Etmiş Ölkələrdən (İEÖ) ön sırada qərar tutduğunu diqqətə çatdıran professor kitab nəşrinə diqqət ayırmağın əhəmiyyətindən söz açıb. Çıxışının sonunda o, dəvəti qəbul edən hər bir kəsə minnətdarlığını ifadə edib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın ərsəyə gəlməsinin professor Ə.Abdullayevin birbaşa dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O, kitabın adının dəqiqliklə seçildiyini bildirib. Millət vəkili ictimai-siyasi sabitlik, təhlükəsizlik və davamlı inkişafın bir-biri ilə sıx əlaqədə olduğunu söyləyib. Professor təhlükəsizliklə bağlı məlumatları kompleks şəkildə özündə əks etdirən kitabın həm tələbələr, həm də müəlllimlər üçün səmərəli olacağına əminliyini ifadə edib.

Kitab təqdimatına dəvət olunduğunu sevindirici hal kimi qiymətləndirən Milli Məclisin deputatı Fazil Mustafa universiteti elm ocağına çevirməyin vacibliyini söyləyib, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və uğurlar arzulayıb.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsən Əlibəyli öz çıxışında xarici siyasəti həyata keçirmək üçün böyük işlərin görüldüyünü vurğulayıb. O, nəşr olunan kitabın təhlükəsizlik sahəsində faydalı olacağını qeyd edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı ADU-nun onun üçün doğma universitet olduğunu söyləyib, bu ali təhsil müəssisəsində daima demokratik mühitin hökm sürdüyünü diqqətə çatdırıb. O, beynəlxalq təhlükəsizliklə bağlı nəşr olunmuş kitabın digər kafedralara da örnək olacağını və onlara stimul verəcəyini sözlərinə əlavə edib.

Milli Məclisin deputatı Asim Mollazadə bilikli və peşəkar azərbaycanlılar yetişdirmək üçün milli dərsliklərin nəşr olunmasının vacibliyini diqqətə çatdırıb. Dünyaya açılmaq üçün müxtəlif dilləri öyrənməyin əhəmiyyətindən danışan A.Mollazadə Azərbaycan Dillər Universitetinin bu işdə böyük rolunun olduğunu qeyd edib.

Milli Məclisin deputatı Sahib Alıyev çıxışında böyük və kiçik dövlətlər arasında təhlükəsizliklə bağlı yanaşmalarda müxtəlif fərqlərin olduğunu vurğulayıb. Bu mövzuda ana dilində yazılan kitablara ehtiyac duyulduğunu söyləyən S.Alıyev dərsliyin yazılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

ADU-nun İctimai Nəzarət Şurasının sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yeniliklərə daima dəstək verdiyi üçün professor Ə.Abdullayevə təşəkkür edib. O, kitabın dizayn və struktur baxımından da fərqləndiyini diqqətə çatdırıb, dərsliyin tələbələrin biliklərini dərinləşdirəcəyinə inamını bildirib.

ADU-nun İctimai Nəzarət Şurasının üzvü, təhsil eksperti, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev elektron resurslardan əldə olunan məlumatdan daha çox kitablardan bilik əldə etməyin üstünlüyünü deyib, “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin seçilən kitablar sırasında olacağını vurğulayıb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova kitabın tələbələrə biliyi yeni formatda təqdimetmə xüsusiyyətinə malik olduğunu xatırladaraq onun əhəmiyyətlilik dərəcəsindən söz açıb.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)
Gürcüstanda koronavirusa daha 3 410 nəfər yoluxub, 46 nəfər ölüb
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Metroda sərnişin qatar yoluna düşüb
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb (FOTO)
Fransada sutka ərzində COVID-19-a yoluxanların sayı 50 mini keçib
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq
Almaniyada təyyarə avtomobil körpüsünə eniş edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub
Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar (FOTO)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib
Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub
Keniyada avtobus körpüdən çaya düşüb, çox sayda ölən var
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Bütün xəbərlər