...

Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək

Cəmiyyət Materials 26 Aprel 2017 16:07 (UTC +04:00)
Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00- dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə ), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti