...

İlahə Qasımova: Söz vermişəm, Vətənim üçün qızıl medal qazanacağam

Cəmiyyət Materials 13 May 2017 12:49 (UTC +04:00)
Vətənim üçün qızıl medal qazanacağıma söz vermişəm.
İlahə Qasımova: Söz vermişəm, Vətənim üçün qızıl medal qazanacağam

Bakı. Azad Həsənli - Trend:

Vətənim üçün qızıl medal qazanacağıma söz vermişəm.

Trend-in məlumatına görə, bunu bu gün Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində finala çıxan Azərbaycan karateçisi İlahə Qasımova deyib.

O deyib: "Minimum gümüş medalı qazanmışam, Lakin söz vermişəm ki, Vətənim üçün qızıl medal qazanacağam.

İ.Qasımova bildirib ki, həmişə doğma divarlar arasında daha yaxşı çıxış edir:

"İndoneziyalı idmançı ilə görüş nisbətən ağır oldu. Daha sonra İordaniya təmsilçisini məğlub etdim. Mən həmişə Vətənimdə yaxşı çıxış edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti