Bakı. Trend:
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) finala vəsiqə qazanan ikinci qadın karateçimiz olub.
Trend-in məlumatına görə, o, yarımfinalda pakistanlı idmançı Nərgiz Nərgizi 1:0 hesabı ilə məğlub edib.
Bundan əvvəl isə karateçilərimiz İrina Zaretskaya ,Roman Heydərov və Ayxan Mamayev də finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.