...

"Alfa Romeo", "Jeep", "Dodge", "Fiat" və "Abarth" avtomobillərini artıq sərfəli kreditlə əldə etmək mümkündür

Cəmiyyət Materials 15 May 2017 19:06 (UTC +04:00)
"Fiat Chrysler" Avtomobil Qrupunun rəsmi satış nümayəndəliyi olan Autolux Azərbaycan şirkəti kreditlə satışlara başlayıb.
"Alfa Romeo", "Jeep", "Dodge", "Fiat" və "Abarth"  avtomobillərini artıq sərfəli kreditlə əldə etmək mümkündür

Bakı. Trend:

"Fiat Chrysler" Avtomobil Qrupunun rəsmi satış nümayəndəliyi olan Autolux Azərbaycan şirkəti kreditlə satışlara başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, artıq Alfa Romeo, Jeep, Dodge, Fiat və Abarth markalı avtomobilləri cəmi 20% ilkin ödənişlə əldə etmək mümkündür. Qeyd edək ki, kredit müddəti 5 ilə qədər, illik faiz dərəcəsi isə 17%-dır.

Şərtlər haqqında daha ətraflı məlumat əldə etmək üçün 983 qısa nömrəsinə zəng etmək və ya Ü. Hacıbəyli, 57 ünvanında yerləşən satış nümayəndəliyinə müraciət etmək olar.

Xatırladaq ki FCA Qrup-a aid olan markalardan başqa Autolux Azərbaycan Ferrari, eləcə də Ferrari Store, Lamborgini, Collezione Automobilli Lamborgini həmçinin Aston Martin brendlərinin Azərbaycanda yeganə rəsmi distribüteridir və ölkəmizdə ən geniş avtomobil markaları cərgəsinə malik olan şirkətdir.

Yaxın zamanda Autolux Azərbaycan bazara Fiat Tipo, Jeep Renegade, Jeep Compass, Alfa Romeo Stelvio və bir sıra yeni super idman avtomobillərinin son modellərini təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti