...

XİN: Marat Ueldanov Rusiyaya təhvil verilə bilər

Cəmiyyət Materials 18 May 2017 17:53 (UTC +04:00)
Azərbaycanda mühakimə olunmuş Rusiya vətəndaşı Marat Ueldanov ətrafındakı vəziyyət onun cəzasının davamını çəkməsi üçün Rusiyaya təhvil verilməsinin mümkünlüyünü də düşünməyə əsas verir.
XİN: Marat Ueldanov Rusiyaya təhvil verilə bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycanda mühakimə olunmuş Rusiya vətəndaşı Marat Ueldanov ətrafındakı vəziyyət onun cəzasının davamını çəkməsi üçün Rusiyaya təhvil verilməsinin mümkünlüyünü də düşünməyə əsas verir.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi həm M.Ueldanovla və onun vəkili ilə, həm də Azərbaycan hökuməti ilə daim ünsiyyətdədir və onun hüquqlarının müdafiəsi üçün bütün səyləri həyata keçirir.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü(Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi açılıb.

Erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bu il aprel ayında məhkəmənin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti