...

Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı

Cəmiyyət Materials 20 May 2017 18:16 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda Hacı Əliyev medal qazanıb.
Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 61 kq çəki dərəcəsində Hacı Əliyev qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, qırğızıstanlı Alibek Osmonovu məğlub edib. Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər lenti

Xəbər lenti