...

Azərbaycanda xəstələrə antibiotiklərin təyin edilməsi nəzarətə götürülə bilər

Cəmiyyət Materials 1 İyun 2017 15:33 (UTC +04:00)
Azərbaycanda həkimlər tərəfindən xəstələrə antibiotiklərin təyin edilməsi çox ciddi nəzarət altına alınmalıdır.
Azərbaycanda xəstələrə antibiotiklərin təyin edilməsi nəzarətə götürülə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda həkimlər tərəfindən xəstələrə antibiotiklərin təyin edilməsi çox ciddi nəzarət altına alınmalıdır.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, bu gün dünyada mütəxəssislərin antibiotiklərə olan münasibəti dəyişib: “Artıq molekulyar biologiya sahəsində aparılan yeni tədiqaqtlar nəticəsində məlum olub ki, antibiotiklərin istifadəsi nəticəsində insanların geninə təsir edilməklə çox ağır fəsadlar, xəstəliklər ortaya çıxır. Ola bilər ki, bu, həmin zaman özünü göstərmir, amma sonrakı dövrlərdə meydana çıxır. Bunun məqsədyönlü olmayan istifadəsi çox ciddi faciələrə gətirib çıxara bilər. Ona görə də antibiotiklərin verilməsi çox ciddi nəzarət altına alınmalıdır. Müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tədbirlər görməlidir”.

Ə.Əmiraslanov deyib ki, bu gün həm yerli televiziya, həm də xarici kanallarda dərman vasitələrinin, xüsusilə də reseptsiz buraxılan dərmanların reklamına yenə də rast gəlinir.

Ə.Əmiraslanov deyib ki, dərmanların reklamı çox təhlükəli, zərərli və gələcəkdə insan orqanizmi üçün çox böyük təhlükə törədə biləcək məsələdir.

Onun sözlərinə görə, xüsusilə ağrıkəsicilər, bədxassəli şişlərə qarşı, digər ağır patologiyaların müalicəsinə qarşı tətbiq olunan dərmanların reklamı və onların pulsuz paylanılması tədbirlərinin qarşısı alınmalıdır”.

Xəbər lenti

Xəbər lenti