...

Qaradağda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 6 İyun 2017 20:06 (UTC +04:00)
Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.
Qaradağda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Bakı. Trend:

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun təsərrüfat sahələrinin rəhbərləri və Qaradağ rayon Sukanal idarəsinin işçiləri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan S.Mikayılov ilk öncə 05 iyun Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibəti ilə bu sahədə çalışanları səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. XX əsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə Şollar su kəmərinin tikintisi ilə başlayan içməli su tarixinin sonrakı dövrlərində daha böyük layihələr icra edilmişdi. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra su təsərrüfatında ciddi dönüş yaranmış, problemlərin kompleks həlli məqsədilə böyük layihələr sürətlə icra edilmişdi. Kür su kəmərləri sisteminin tikilib istifadəyə verilməsi məhz bu qəbildəndir. Ulu Öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük çirkab sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında əsas rol oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilmişdi. Ulu Öndərin göstərişi ilə icrasına başlanılmış Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin fəal tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdi. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, Dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmış və artıq onların böyük bir hissəsi reallaşdırılmışdı. Həmin proqramların icrası nəticəsində Qaradağ rayonunda su və kanalizasiya sistemində köklü dəyişikliklər baş vermişdi. Bəzi qəsəbələrdə içməli su problemi öz həllini tapıb. Görülən tədbirlərin nəticəsidir ki, bu gün rayon əhalisinin 80%-i 24 saat fasiləsiz su ilə təmin edilir. Hal-hazırda da bu istiqamətdə işlər davam etməkdədir.

Tədbirin sonunda rayon İcra hakimiyyəti tərəfindən Qaradağ rayon Sukanal idarəsinin bir neçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti