...

Ağstafada ″Qrad″ raketi aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 22 İyun 2017 20:22 (UTC +04:00)
Ağstafa rayonu Saloğlu kəndində 1 ədəd 122 mm-lik ″Qrad″raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Ağstafada  ″Qrad″ raketi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafanın Saloğlu kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik ″Qrad″raketi (9M22U) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən bu günə qədər 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti