...

Ağcabədidə tank əleyhinə 2 ədəd TM-62 minasının partladıcısı aşkar olunub (FOTO)

Cəmiyyət Materials 2 İyul 2017 02:48 (UTC +04:00)
Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 30 iyun-1 iyul tarixlərində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 2 ədəd tank əleyhinə TM-62 minasının partladıcısı (MVZ-62) və 7 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb
Ağcabədidə tank əleyhinə 2 ədəd TM-62 minasının partladıcısı aşkar olunub (FOTO)

Bakı. Trend:

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 30 iyun-1 iyul tarixlərində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 2 ədəd tank əleyhinə TM-62 minasının partladıcısı (MVZ-62) və 7 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 560 kv.m ərazi yoxlanılıbdır.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 01 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 166 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 788 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 676 205 kv.m ərazi (707 898 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 248 167 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti