...

VIII Çağırış Kubokunun seçim turları keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2017 20:28 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokunun seçim turları yekunlaşıb.
VIII Çağırış Kubokunun seçim turları keçirilib (FOTO)

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokunun seçim turları yekunlaşıb.

Trend-in məlumatına görə, “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokununun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turu iyulun 9-da Bakıda “Odlar Yurdu” Universitetində keçirilib. Paytaxtda təşkil olunan seçim turuna qədər isə Tərtər, Mingəçevir, İmişli, Lənkəran, Goranboy, Gəncə, Zərdab, Sumqayıt şəhərlərində seçimlər təşkil edilib. Regionlarda keçirilən seçim turlarında 400-dən çox gəncin təmsil olunduğu 70-ə yaxın yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.

Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar iyulun 15-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokununun finalında kubokun ənənəvi təsnifatə ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku da baş tutacaq. Bununla yanaşı, 2016-2017-ci il mövsümünün Peşəkar İntellekt Liqasının qalibi də məlum olacaq.

“Xəzər” İntellektual Gənclər Klubu haqqında daha ətraflı: https://www.facebook.com/Xazarigk/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti