Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətinin, habelə proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədinə xidmət edib.

Müsabiqənin nəticələrinin elan olunması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası dünyada narahatlıq doğuran proseslərin artdığı son dövrlərdə də Azərbaycanda dinamik iqtisadi artıma, eyni zamanda əmək bazarında müsbət meyllərin davam etməsinə imkan verib: “Ölkədə iqtisadi şaxələndirmənin sürətləndirilməsi, yeni sənaye zonalarının yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi nəticəsində yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi əmək bazarında sabitliyə, işsizliyin aşağı səviyyədə saxlanmasına şərait yaradıb. Eyni zamanda dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayır”.

S.Müslümov əmək resurslarının səmərəli məşğulluğunun təminatında dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamının yeni imkanlar açdığını diqqətə çatdırıb. Nazir bildirib ki, sərəncama əsasən icra olunan özünüməşğulluq proqramı yerli və beynəlxalq praktikada həm sosial, həm iqtisadi baxımdan özünü uğurla doğruldan özünüməşğulluq amili əsasında dövlət məşğulluq siyasətinin daha da güclənməsinə səbəb olub. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirərək demişdir: “Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”.

S.Müslümov hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğunu və işsizlikdən sığorta sisteminin tətbiqinin bu proqramı gələcəkdə daha geniş müstəvidə tətbiq etməyə imkan verəcəyini bildirib.

Nazir qeyd edib ki, sərəncamın icrasına hazırlıq işləri Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mərhələli şəkildə həyata keçirilib: “Proqramda iştirak üçün müvafiq təlim kurslarını bitirmiş və biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Onlardan 322 nəfəri qadınlar, 303 nəfəri gənclərdir. Bu proqramdan əvvəl özünüməşğulluq üzrə icra olunmuş və uğurla nəticələnmiş iki pilot layihədən biri məhz əlilliyi olan şəxsləri əhatə etmişdi. Müsbət haldır ki, hazırkı özünüməşğulluq proqramında iştirak hüququ qazananlar sırasında da 51 nəfər əlilliyi olan şəxs var. Beləliklə, cari ilin fevralından uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə təminatına başlanılıb. Artıq 810 nəfərə aktivlər verilib. Onlar bu aktivlər hesabına ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Aktivlərin verilməsi prosesinin gələn ay yekunlaşdırılması planlaşdırılır”.

S.Müslümov bildirib ki, özünüməşğulluğun təminatı ilə bərabər, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, qeyri-neft sahələrində istehsalın artımına və s. kimi mühüm hədəflərə doğru aparılan siyasətə əlavə dəstək olan bu proqram barədə ictimai məlumatlandırma da diqqətdə saxlanılır. Bu müsabiqə özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin jurnalistlərin maraq dairəsinə aid mövzulardan olduğunu təsdiq edir. Respublika səviyyəli KİVlərin əməkdaşları ilə bərabər, bölgələrdə fəaliyyət göstərən mətbu orqanların nümayəndələrinin də müsabiqəyə fərdi yazılarını təqdim etmələri, hətta müsabiqədə yer tutanlar arasında bölgə mətbuatında çalışan bir nəfər junalistin də olması sevindirici haldır. S.Müslümov milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində keçirilən bu tədbirin mətbuatımızın inkişafına bir dəstək xarakteri daşıdığını da qeyd edib, qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərə təbrikini və xoş arzularını çatdırıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğullluq poroqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və işıqlandırıldığını vurğulayıb. O, “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil edilən müsabiqəyə ayrı-ayrı KİV-lərin əməkdaşları tərəfindən ümumilikdə 47 yazının təqdim edildiyini diqqətə çatdırıb. V.Səfərli ekspertlər tərəfindən həmin yazıların müəyyən edilmiş meyarlara (mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi) uyğunluq baxımından obyektiv qiymətləndirildiyini bildirib.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV-lə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Ə.Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb.

Daha sonra müsabiqənin nəticələri elan olunub. Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki və üçüncü yer üçün üç yazının müəlliflərinə diplom və mükafatlar, 15 yazının müəlliflərinə həvəsləndirici mükafatlar təqdim olunub.

Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək
Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda kompüter istehsalı artıb
Fransa Senatının qərəzli qətnaməsi Qarabağ münaqişəsinin 30 il uzanmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir
Bütün xəbərlər