...

İctimai Birlik sədri: Azərbaycanda sistemli olaraq hər il jurnalistlərə qayğı artırılır

Cəmiyyət Materials 21 İyul 2017 11:36 (UTC +04:00)
Jurnalistlərə mənzillərin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə böyük bir hədiyyəsidir və jurnalistikanın inkişafı üçün mühüm töhfədir.
İctimai Birlik sədri: Azərbaycanda sistemli olaraq hər il jurnalistlərə qayğı artırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Jurnalistlərə mənzillərin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə böyük bir hədiyyəsidir və jurnalistikanın inkişafı üçün mühüm töhfədir.

Bunu Trend-ə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli deyib.

O qeyd edib ki, jurnalistlərin sosial ehtiyacının qarşılanması bu sahənin inkişafı üçün çox vacib məsələdir: “Bu ehtiyacın ödənilməsi üçün Prezident İlham Əliyevin gözəl təşəbbüslə çıxış etməsi, Bakının ən gözəl yerlərindən birində jurnalistlər üçün iki binanın tikilməsi və üçüncü binanın əsasının qoyulması jurnalistlər üçün böyük bir qayğıdır”.

E.Həsənli bildirib ki, Azərbaycanda jurnalistikaya bu qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev bu qayğını hərtərəfli davam etdirir: “Bu gün ölkəmizdə qəzetlərə maddi yardım ayrılır, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı, Mətbuat Şurasının iş şəraiti yaxşılaşdırıldı, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcu silindi, hər il yüzlərlə jurnalist KİVDF-nin müsabiqələrində iştirak edir, mükafatlandırılır. Ölkəmizdə sistemli olaraq hər il jurnalistlərə qayğı artırılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti