...

Avqustda Günəş tutulması Azərbaycanda müşahidə ediləcək?

Cəmiyyət Materials 31 İyul 2017 12:51 (UTC +04:00)
Avqust ayında tam Günəş tutulması baş verəcək.
Avqustda Günəş tutulması Azərbaycanda müşahidə ediləcək?

Bakı. İlhamə İsabalayeva – Trend:

Avqust ayında tam Günəş tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumatda qeyd edilir ki, ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə əsasən, 2017-ci ilin avqust ayında tam Günəş tutulması baş verəcək.

Tədqiqatçıların sözlərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalniz ABŞ sakinləri müşahidə edə biləcək.

Növbəti Günəş tutulmasının isə 2035-ci ilin sentyabr ayının 2-də baş verəcəyi deyilir.

Xəbər lenti

Xəbər lenti