...

Bu ilin ilk 6 ayı ərzində İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Cəmiyyət Materials 5 Avqust 2017 17:00 (UTC +04:00)
Bu ilin yanvar-iyun aylarında İstanbula 4 milyon 385 mindən artıq turist səfər edib ki, onların da 92 mini azərbaycanlılardır.
Bu ilin ilk 6 ayı ərzində İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında İstanbula 4 milyon 385 mindən artıq turist səfər edib ki, onların da 92 mini azərbaycanlılardır.

Trend İstanbul Mədəniyyət və Turzim müdirliyinin hesabatına əsasən xəbər verir ki, gələn turistlər arasında ilk yeri 9,2 faizlə almanlar tutur.

İranlılar 7,7, ruslar 4,6, səudiyyə ərəbistanlılar 4,3 fazilə sonrakı yerləri tutur.

Bu ilin ilk 6 ayı ərzində İstanbula gedən azərbaycanlılar isə ümumi sayın 2,1 faizini (təxminən 92 min) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti