...

Diqqət: Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq

Cəmiyyət Materials 8 Avqust 2017 17:21 (UTC +04:00)
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.
Diqqət: Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq

Bakı. Trend:

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti