...

Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq

Cəmiyyət Materials 14 Avqust 2017 12:30 (UTC +04:00)
“AirBridgeCargo” yük aviaşirkəti Moskva-Bakı-Honq Konq marşrutu üzrə Bakı-Honq Konq məkanından keçmək hüququ ilə yükdaşıma icazəsi alıb.
Rusiya Azərbaycanın hava məkanından keçməklə yük daşıyacaq

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın “AirBridgeCargo” yük aviaşirkəti Moskva-Bakı-Honq Konq marşrutu üzrə Bakı-Honq Konq məkanından keçmək hüququ ilə yükdaşıma icazəsi alıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, “AirBridgeCargo” aviaşirkəti həftədə dörd dəfə olmaqla Moskva-Bakı-Honq Konq marşrutu üzrə yükdaşımalar həyata keçirəcək.

Qeyd edək ki, “AirBridgeCargo” aviaşirkəti 2004-cü ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti