...

Tullantılar poliqonuna nəzarət edə bilməyən məsul şəxs cərimələndi

Cəmiyyət Materials 14 Avqust 2017 12:47 (UTC +04:00)
Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Tullantılar poliqonuna nəzarət edə bilməyən məsul şəxs cərimələndi

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Trend-ə nazirlikdən verilən məlumata görə, araşdırma zamanı sözügedən poliqonda tullantıların yandırılması faktı aşkar edilib. Faktla bağlı poliqona cavabdeh olan fiziki şəxs Seymur Abbasov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib. Baş vermiş qanun pozuntusunun təcili aradan qaldırlması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda poliqonda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti