...

Tam orta təhsil bazasında kolleclərə boş qalan yerlərə ixtisas seçimi başa çatır

Cəmiyyət Materials 6 Sentyabr 2017 09:00 (UTC +04:00)
2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq
Tam orta təhsil bazasında kolleclərə boş qalan yerlərə ixtisas seçimi başa çatır

Bakı. Trend:

2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Orta ixtisas təhsili müəssisələrinin 1412 boş qalan plan yeri müsabiqəyə çıxarılıb və 6 sentyabr saat 8:45-ə olan məlumata əsasən 2543 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib.

Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti