Bakı. Samir Əli - Trend:
Bakıda yol qəzası zamanı zədələnən qaz borusu bərpa olunub.
Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbalıyev deyib.
Qurum rəsmisi bildirib ki, hadisə baş verəndən dərhal sonra "Azəriqaz"ın təmir-tikinti briqadası əraziyə cəlb edilib və zədələnmiş qaz borusu təmir edilib. Hazırda Sabunçu qəsəbəsində qazın verilişində problem yoxdur.
Xatırladaq ki, bu gün günorta saatlarında Sabunçu rayonunun Zabrat-Maştağa avtomobil yolunda "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub. Daha sonra yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb. Nəticədə qaz xəttinə ziyan dəyib.