...

Ağdamda bir ailənin 6 üzvünün zəhərlənmə səbəbi və adları

Cəmiyyət Materials 8 Sentyabr 2017 12:40 (UTC +04:00)
Ağdam rayonunda baş verən kütləvi zəhərlənmənin səbəbləri məlum olub.
Ağdamda bir ailənin 6 üzvünün zəhərlənmə səbəbi və adları

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda baş verən kütləvi zəhərlənmənin səbəbləri məlum olub.

Ağdam rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisəsi evdə hazırlanmış peraşkidən olub.

Məlumatda deyilir ki, hadisə Zəngişalı kəndində yaşayan bir ailədə baş verib: "Evdə bişirilən peraşkidən yeyən ailə üzvlərinin hamısı zəhərlənib. Ailə üzvləri - Süleymanova Radə Mirzəli qızı, Həsənova Bəsurə Səməd qızı, Süleymanova Nərminə Mətləb qızı, Süleymanova Telli Səməd qızı, Süleymanov Nicat Şöhlət oğlu və Həsənova Nuranə Üzeyir qızı zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Hazırda zəhərlənənlərin səhhəti normaldır və bu gün axşam saatlarında evə buraxılacaqlar.

Bərdədə restoranda kütləvi zəhərlənmə, 7 nəfər xəstəxanada

Bərdədə restoranda kütləvi zəhərlənmə, 7 nəfər xəstəxanada

Ağdamda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də Ağdam rayonunun Zəngişalı kəndindəki evlərdən birindən 6 nəfər qidadan zəhərlənmə şikayəti ilə xəstəxanaya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti