...

"Dialoq fəlsəfəsi" kitabı işıq üzü görüb

Cəmiyyət Materials 11 Sentyabr 2017 14:47 (UTC +04:00)

Bakı. Trend:

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, kitab mədəniyyət və dinlər arası münasibətlərin açarı hesab edilən dialoq probleminə həsr edilib. Dialoq amili yeni nəşrdə xalqlar, millətlər və sivilizasiyalararası münasibətlərin saflaşdırılması, onları ziddiyyətlərdən, anlaşılmazlıqlardan, açıq və qapalı şəkildə kin-küdurətdən təmizləyərək ümumbəşəri ideala – sülh və əmin-amanlıq içərisində yaşamağa istiqamətləndirən xilas yolu – katarsis kimi təqdim olunur.

Kitabda Azərbaycan rəhbərliyi tərəfindən müasir dünyada sülhün, multikulturalizmin, həmrəyliyin təbliğ edilməsi, dinlərarası, mədəniyyətlərarası harmoniyanın qorunması istiqamətində aparılan rasional siyasətindən bəhs olunur.

Monoqrafiya dialoq problemi ilə məşğul olan alimlər, tədqiqatçılar, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ş.Zeynalovun 2014-cü ildə “Sivilizasiyalararası münasibətlər: problemlər və perspektivlər” adlı monoqrafiyası işıq üzü görüb. O, respublika daxilində və xaricdə çap olunmuş 30-dan artıq elmi məqalənin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti