...

Baş Prokuror Siyəzəndə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 16 Sentyabr 2017 12:06 (UTC +04:00)
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il sentyabrın 27-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək
Baş Prokuror Siyəzəndə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il sentyabrın 27-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti

Xəbər lenti