...

Azərbaycan Gürcüstana yenə də helikopter göndərdi - Meşə yanğınlarına görə

Cəmiyyət Materials 23 Sentyabr 2017 18:18 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Azərbaycan Gürcüstana yenə də helikopter göndərdi - Meşə yanğınlarına görə

Bakı. Trend:

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Sentyabrın 23-də FHN-in Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti