Bakı. İlhamə İsabalayeva - Trend:
2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsi əsas götürülsə də, qəbul zamanı 700 ballıq sistem saxlanılacaq.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə də abituriyentlərin qiymətləndirilməsi zamanı toplanacaq maksimal bal 700 bal olacaq:
"Buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz. Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”.