...

Aleksandr Boriçiç: Qadın voleybolçular arasında Avropa çempionatının təşkili möhtəşəmdir

Cəmiyyət Materials 2 Oktyabr 2017 00:01 (UTC +04:00)
Qadın voleybolçular arasında Avropa çempionatının təşkili möhtəşəmdir, sözüm yoxdur.
Aleksandr Boriçiç: Qadın voleybolçular arasında Avropa çempionatının təşkili möhtəşəmdir

Bakı. Şahin Kazımzadə - Trend:

Qadın voleybolçular arasında Avropa çempionatının təşkili möhtəşəmdir, sözüm yoxdur. Bunu Trend-ə eksklüziv müsahibəsində Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç deyib.

"Biz düzgün etmişik ki, çempionatı iki ölkə - Azərbaycan və Gürcüstana etibar etmişik. Bu bir çox başqa federasiyalar üçün yaxşı təcrübədir. Nəzərinizə çatdırım ki, növbəti Avropa çempionatı dörd ölkədə keçiriləcək", deyə Boriçiç bildirib.

Azərbaycan yığmasının oyununг şərh edərkən, Avropa Voleybol Konfederasiyasının başçısı deyib ki, komanda çox gözəl turnir keçirdi, onun oyunu bütün azarkeюləri sevindirdi: "Sizin komandanızın matçı zamanı zal dolu idi. Mən komandasını dəstəkləyən, heç bir oyununu qaçırmayan Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin hökumət üzvlərinə, bütün turnir boyu komandanı dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm".

Aleksandr Boriçiç həmçinin qeyd edib ki, Avropada dördüncü yerə sahib olmaq heç də asan deyil: "Sizin komandanız keçmiş Avropa çempionu - Russiya yığması, güclü İtaliya, Belçika, Almaniya, Bolqarıstan, Polşa yığmalarını ötüb. Azərbaycan, 12 il əvvəl olduğu kimi, Avropada dördüncü oldu".

Voleybol konfederasiyasının prezidenti həmçinin deyib ki, yeniyetmələr arasında voleybolu inkişaf etdirmək lazımdır, ona görə də kiçik şəhərlərdə voleybolun inkişafı strategiyası üzərində işlər aparılır: "Biz Gəncədə və Gürcüstanda voleybol məktəblərini açmaq qərarına gəlmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti