• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub (FOTO)

2 Oktyabr 2017 13:28 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Mətbuat Şurası və Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyətinin, o cümlədən tanınmış jurnalistlərin, media təmsilçilərinin və ictimai xadimlərin cəbhə bölgəsinə səfəri baş tutub.

Şuradan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Sonra onlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edərək oradakı sosial obyektlərlə tanış olublar.

Kənddə yeni tikilmiş və tədris ilində istifadəyə verilmiş məktəbin önündə çıxış edən, Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınmış yaşayış massivinin, infrastrukturun həm də Qarabağa böyük qayıdışın bir əlaməti olduğunu vurğulayıb. Şura sədri rəhbərlik etdiyi qurumun yaxın gələcəkdə Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiyini bildirib: “Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun”.

Milli Məclisin deputatı Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib. “O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar”, - deyə o əlavə edib.

BDU-nun professoru Cahangir Məmmədli isə bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirib. O, qeyd edib ki, bu kəndin məktəbində təhsil almaq, burada yaşamaq qədər fədakarlıq nümunəsidir. Səfərin təşkilatçısı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının vacib əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, bildirib ki, tanınmış ziyalıların gəlişi məktəbin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Cocuq Mərcanlının ölkə başçısının Sərəncamı ilə ən qısa zamanda yüksək səviyyəli yaşayış məntəqəsinə çevrildiyini vurğulayan cənab Mirzəyev insanların böyük fərəh hissi ilə öz doğma yurd-yuvalarına qayıtdıqlarından məmnunluğunu ifadə edib: “Arzu edirəm ki, ən qısa vaxtda Prezident tərəfindən oxşar Sərəncam işğal altında olan digər bölgələrimiz, o cümlədən mənim doğulub boya-başa çatdığım, bir hissəsi hələ də işğal altında olan Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi barədə də verilsin”.

Məktəblilər qarşısında çıxış edən BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, media rəhbərləri - MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktorunin birinci müavini İsmayıl Hacıyev, “Region+” jurnalının baş redaktoru Namiq Mayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və nümayəndə heyətinin digər üzvəri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar. Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti ora bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olunub.

Nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkarları tərəfindən vandalizmə məruz qalmış, xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbristanlığına baş çəkib. Qəbristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən tanınmaz hala salınıb. BAMF sədri U.Mirzəyevin ötən il dünyasını dəyişmiş atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsindəki bu məzarlıqda torpağa tapşırılıb.

Nümayəndə heyətinin üzvləri eyni zamanda, Füzuli və Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissələri də ziyarət edərək əsgər, zabit və yüksək çinli hərbçilərimizlə görüşüb, onlarla birgə nahar edib və fikir mübadiləsi aparıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub (FOTO)

  • Məqalədə:
  • Mətbuat şurası
Digər xəbərlər
Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb
Cəmiyyət 4 Dekabr 11:49
Naxçıvanda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xətti ilə beynəlxalq konfrans keçirilib (FOTO)
Cəmiyyət 3 Dekabr 16:51
Əflatun Amaşov: Mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var
Siyasət 10 Mart 2018 11:08
Mətbuat Şurası “Kaspi” qəzetini 135 illik yubileyi münasibəti ilə təbrik edib
Cəmiyyət 9 Dekabr 2016 17:24
Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyəti “Qarabağ” beynəlxalq mükafatını təqdim edib (FOTO)
Cəmiyyət 19 Noyabr 2016 19:56
“Şərq” qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib
Cəmiyyət 28 Oktyabr 2016 18:48
Xəbər lenti
Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)
Siyasət 01:25
Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı (FOTO)
Mədəniyyət 00:57
ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 00:15
Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar
Siyasət 5 Dekabr 23:59
Azərbaycan Prezidenti: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır
Siyasət 5 Dekabr 23:47
Prezident İlham Əliyev: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
Siyasət 5 Dekabr 23:42
Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı
Hadisə 5 Dekabr 23:41
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
Siyasət 5 Dekabr 23:39
Prezident İlham Əliyev: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
Siyasət 5 Dekabr 23:35
Ən çox oxunanlar
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq

AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi
Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib
Nəzər nöqtəsi
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Elxan Ələsgərov: Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır (VİDEO)
Səfir: Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri