Yeni mənzillərə köçürülən kimsəsiz gənclərin əksər hissəsi daimi işlə təmin edilib (FOTO)

Yeni mənzillərə köçürülən kimsəsiz gənclərin əksər hissəsi daimi işlə təmin edilib (FOTO)

Bakı. Trend:

Yeni mənzillərə köçürülən kimsəsiz gənclərin iş yerləri ilə təminatı üçün də müvafiq işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) yeni mənzillərə köçürüldükdən sonra ilk növbədə onların məşğulluğunun təminatı yönündə müvafiq işlər aparılır.

Qeyd edək ki, ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Bu məqsədlə Abşeron rayonunun, Masazır kəndində bu təbəqədən olan gənclər üçün hər biri 120 mənzilli iki yaşayış binası inşa edilərək onların istifadəsinə verilib. Hazırda burada eyni məqsədlə daha bir 120 mənzilli yaşayış binasının tikintisi aparılmaqla, qarşıdakı dövrdə də bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Mövcud qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıda adları göstərilən gənclər müəssisədə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərlə təmin edildikdən sonra onların əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və daimi iş yerlərində məşğulluğunun təmin olunması məsələsi diqqətdə saxlanılıb. Gənclərdən 20 nəfərinin elə yaşadıqları “Məzun evi”ndəki ştat vahidlərində, habelə ictimai-iaşə xidməti sahələrində daimi iş yerləri ilə təminatı həyata keçirilib. “Məzun evi”nin digər gənc sakinlərinin əməyindən istifadə olunması üçün sosial dialoq çərçivəsində işəgötürənlərlə mütəmadi əlaqələr yaradılıb. Ötən dövrdə görülən tədbirlər nəticəsində 30 nəfər gəncin yaşıllaşdırma müəssisəsində, 25 nəfər gəncin “Məzun evi” üçün tikilən yeni yaşayış binasının, 6 nəfər gəncin yaxın ərazidəki “Yeni Bakı” yaşayış kompleksınin və 11 nəfərin məcburi köçkünlər üçün inşa olunan yaşayış kompleksinin tikintisi işlərində, 6 nəfərin karton fabrikində, 3 nəfərin Dövlət Neft Şirkəti (SOCAR) sistemində, 3 nəfər gəncin beton istehsal edən zavodda, 2 nəfər gəncin şəxsi klinikalarda və s. daimi iş yerləri ilə təminatı həyata keçirilib.

Müvafiq sahədə aparılan işlərin davamı olaraq, burada xalça və tikiş sexləri də yaradılıb və hər iki sexdə “Məzun evi”nin ümumilikdə 28 nəfər sakininin məşğulluğu təmin edilib. Bundan əvvəl isə həmin gənclər üçün xalçaçılıq və tikişçilik peşələri üzrə peşə hazırlığı kursları təşkil olunub və onlar yerinə yetirəcəkləri peşəni öyrəniblər. Eyni zamanda, “Məzun evi”nin digər ayrı-ayrı sakinləri hazırda fərdi qaydada Bakı və Abşeron rayonu ərazisindəki müxtəlif ictimai-iaşə xidməti müəssisələrində işləyirlər. Beləliklə, “Məzun evi”ndə yaşayan gənclərin artıq əksər hissəsi daimi iş yerləri ilə təmin ediliblər. Gənclərdən 7 nəfəri isə tələbədir ki, onlardan 2 nəfəri Moskva, 5 nəfəri Bakı şəhərindəki ali təhsil müəssisələrində ali təhsil alırlar. Ali məktəbləri bitirdikdən sonra onların ixtisaslı mütəxəssislər kimi əmək bazarına çıxış imkanlarına malik olmaları da təmin ediləcək.

Hazırda “Məzun evi” üçün tikilən növbəti yaşayış binasında onlar üçün uşaq bağçasının fəaliyyət göstərməsi, binanın ətrafında məzunlar üçün idman kompleksinin olması, yaxınlıqda məktəbin inşası da nəzərdə tutulub. Bununla əlaqədar həmin ərazidə yaranacaq yeni iş yerləri üzrə aidiyyəti əmək sahələrində də ilk növbədə müəssisədəki gənclərin məşğulluğunun təminatı həyata keçiriləcək. Qeyd olunanlarla yanaşı, ƏƏSMN tərəfindən “Məzun evi”nin elə özündə əmək bazarının tələblərinə uyğun bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilinə hazırlıq işlərinə də başlanılıb.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Ermənistanın siyasi hakimiyyəti bir neçə çətin addım atmalıdır - Rusiyalı ekspert
Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib - MN
Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Qazaxıstanda koronavirusa daha 141 nəfər yoluxub
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)
Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi
"Brent" markalı neftin qiyməti düşüb
"İnstagram"ın işində qüsurlar yaranıb
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə zəlzələ baş verib
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Dünya prokurorlarına müraciət ünvanlanıb
İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir
Üzərində "Karabakh is Azerbaijan" yazıln promo avtomobillər London küçələrində (FOTO/VİDEO)
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
Kamran İmanov: Ermənistanın törətdiyi vandalizm və barbarlıq hərəkətləri insanlığa qarşı cinayətdir (FOTO)
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkilir
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO)
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan: Münaqişənin sülh yolu ilə həlli mümkün deyil
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
Bütün xəbərlər