...

Füzuli rayonunda mərmi tapılıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 13 Oktyabr 2017 03:23 (UTC +04:00)
12 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu Horadiz qəsəbəsi və Kürdmahmudlu kəndi ərazilərində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.
Füzuli rayonunda mərmi tapılıb (FOTO) (YENİLƏNİB)

İlk xəbər 02:58-də yayılıb.

Bakı. Trend:

12 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu Horadiz qəsəbəsi və Kürdmahmudlu kəndi ərazilərində mərminin olması barədə məlumat daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə və Kürdmahmudlu kəndi ərazisində əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək. Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti