...

Baş mama-ginekoloq: Qadınlar hamiləliyin ilk günlərində tez-tez həkimə getsələr də, sonralar sanki arxayınlaşırlar

Cəmiyyət Materials 18 Oktyabr 2017 16:45 (UTC +04:00)
Qadınlar hamiləliyin ilk günlərində tez-tez həkimə getsələr də, sonralar hər şey normal olduqda onlar sanki arxayınlaşırlar.
Baş mama-ginekoloq: Qadınlar hamiləliyin ilk günlərində  tez-tez həkimə getsələr də, sonralar sanki arxayınlaşırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Qadınlar hamiləliyin ilk günlərində tez-tez həkimə getsələr də, sonralar hər şey normal olduqda onlar sanki arxayınlaşırlar.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Respublika Perinatal Mərkəzdə “Hamilə qadınlarda yarana biləcək fəsadlar ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Hamiləliyin fəsadlaşmaları artdığı dövrdə qadınların həkimə gec müraciət etdiyini vurğulayan S.Məmmədova əlavə edib ki, belə olanda da həkimlər fəsadlaşmaları vaxtında həll edə bilmirlər:

"Ona görə də sonrakı müddətdə xoşagəlməz problemlər əmələ gəlir".

S.Məmmədova deyib ki, hamiləliyin fizioloji normal keçməsi üçün bir neçə amil var. Bunun üçün ən birinci amil qadın hamilə olmadan öncə müayinələrdən keçməsidir:

"Orqanizmdə olan hər hansı bir kənara çıxmaları vaxtında aşkarlamaq və gələcək hamiləliyin orqanizmə necə təsir göstərəcəyini müəyyən etmək mütləqdir. İkinci məsələ hamiləlik dövründə meydana gələn hamiləlik fəsadlaşmalarıdır. Belə hallar adətən hamiləliyin 22-ci həftəsindən sonra baş verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti