Bakı. Ənvər Məmmədov - Trend:
Ötən 9 ay ərzində Azərbaycanda qadın sahibkarlara 5,4 milyon manat güzəştli kredit verilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadın sahibkarlığa həsr olunmuş tədbirdə deyib.
Nazir müavini bildirib ki, bu kreditlər 164 qadın sahibkara təqdim edilib:
"Bu günə qədər təqribən 4 min qadın sahibkara 90,4 milyon manat dəyərində güzəştli kredit verilib".