Bakı. Trend:
Magistral xətlərdə təmir-bərpa işləri ilə əlaqədar 27 oktyabrda gün ərzində Səbail rayonunun bir hissəsinə və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.