Nazir: Pensiyaların orta aylıq məbləği 5,2 faiz artıb (FOTO)

Nazir: Pensiyaların orta aylıq məbləği 5,2 faiz artıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı” keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Məlumat mübadiləsi saatı”nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstana, müvafiq tvinninq layihələri çərçivəsində Fransa və Litvaya səfərlərinin yekunlarına həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin əmək və sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən son illərdə mühüm islahatların həyata keçirildiyini vurğulayıb: “İslahatların bir istiqaməti kimi, hələ 2006-cı ildən sosial sığorta, fərdi uçot və pensiya təminatı üzrə funksiyaların vahid mexanizm əsasında bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi qurulub. Dövlət başçısının müvafiq sərəncamları ilə bərabər bu sistemin yaratdığı imkanların nəticəsi olaraq, ötən dövrdə pensiyaların mütəmadi artımı müşahidə olunub. Hazırda ölkə əhalisinin 13,5%-i (1 milyon 330 min nəfər) əmək pensiyası alır və pensiyaların orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Cari ildə növbəti islahat olaraq pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərlə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi işləyən əhalinin gələcək layiqli pensiya təminatı hüquqlarının formalaşmasında iştirakının aktivləşməsinə, bununla da etibarlı maliyyə dayaqları üzərində bu sistemin uzunmüddətli inkişafına yönələn uğulu addım olub. Bu sahədə bizim islahatlarımız, eləcə də pensiya təminatına əsas verən sığorta kapitalının toplanmasında vətəndaşlara öz fərdi hesablarına əlavə vəsait daxil edə bilmək imkanının yaradılması və s. beynəlxalq qurumlar tərəfindən də müsbət təcrübə kimi yüksək dəyərləndirilir. Cari ilin sentyabr ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasında təşkil olunmuş beynəlxalq konfransda da ölkəmizdə müvafiq sahədə aparılan islahatlar barədə məlumatlar böyük maraq doğurub”.

Nazir bildirib ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsi icra olunur: “Bu layihə də bizə ölkəmizdə pensiya və sosial müdafiə sistemində elektron audit sisteminin yaradılmasında, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsində, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişafında və s. dəstək verir. Layihə bu sahələrdə gələcək islahatlarla bağlı Avropa ölkələrinin qabaqcıl təcrübələrini öyrənməyə imkan yaradıb. Fransanın müvafiq qurumları ilə əməkdaşlıqda artıq müvafiq işlərə başlanılıb və bununla əlaqədar nazirliyin əməkdaşlarının Fransa təcrübəsinin öyrənilməsi üçün ötən ay bu ölkəyə səfəri təşkil olunub”.

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə məşğulluq xidməti əməkdaşlarının işçilərinin say həddinin ümumilikdə 2,5 dəfə artırılması, beləliklə, ölkədə əhalinin sayına nisbətdə məşğulluq xidmətinin kadr potensialının beynəlxalq normaya uyğunlaşdırılması məşğulluq xidmətləri sisteminin inkişafına yüksək səviyyədə önəm verilməsinin növbəti təsdiqidir: “Hazırda məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilməsi və səmərəliliyinin, əmək bazarında rolunun artırılması, institusional potensialının gücləndirilməsi, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. qarşıda duran əsas vəzifələrdir. Eyni zamanda, əmək bazarının monitorinqi və proqnozlaşdırılması ilə bağlı təkmil sistemin, peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması, kvota sistemi ilə paralel olaraq, əmək bazarına inteqrasiyada çətinlik çəkən insanlar üçün səmərəli aktiv əmək bazarı proqramlarının hazırlanması aktual məsələlərdir. Ötən ay təqdimatı olan “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsi bizə həmin sahələr üzrə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bu məqsədlə Litvanın müvafiq qurumları ilə əməkdaşlığa şərait yaradıb”.

İclasda “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakla əlaqədar nazirliyin nümayəndələrinin Qazaxıstana səfərinin yekunu barədə təqdimat edilib. Həmçinin, nazirliyin nümayəndələrinin “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində ƏƏSMN-nə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Fransaya və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində ƏƏSMN-nə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litvaya səfərlərinin nəticələri ilə bağlı təqdimatlar olub. İclas təqdim olunan məlumatlar əsasında müzakirələrlə davam edib.

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Loading Bars
Xəbər lenti
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Bütün xəbərlər