“Xəzər-2017” beynəlxalq təlimi başa çatıb (FOTO)

“Xəzər-2017” beynəlxalq təlimi başa çatıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilən və 2 gün davam etmiş “Xəzər-2017” beynəlxalq təliminə yekun vurulub.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu istiqamətindəki cənub-qərb hissəsində keçirilmiş təlimə FHN-in Mərkəzi Aparatı və qurumları ilə yanaşı, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər və Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin və “BP” kompaniyasının “Briks Marin” subpodtar şirkətinin, Qaradağ rayon hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin şəxsi heyətləri, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və "Bakı Gəmiqayırma Zavodu"nun əməkdaşları, həmçinin xüsusi texnika və avadanlıq cəlb edilmişdir.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin direktoru Qəzənfər Əhmədov, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəcər, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının Müdafiə, Səhiyyə və Daxili İşlər nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin məsul şəxsləri izləmişlər.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda reallaşdırılan təlimdən əvvəl tədbirə cəlb edilmiş müvafiq xilasetmə texnika və avadanlıqlarına baxış keçirilmişdir.

Sonra təlimlə bağlı yaradılan birləşmiş əməliyyat qərargahında müşavirə keçirilmişdir.

Müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirmişdir ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilir. Ən müasir texnika və avadanlıqların nümayiş olunması onu deməyə əsas verir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının təhlükəsizliyinin qorunmasına xüsusi əhəmiyyət verir. Baş verə biləcək fövqəladə halların vaxtında qarşısının alınması və baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması isitiqamətində operativ tədbirlərin görülməsi məqsədilə bügün ölkəmiz dünyanın bir sıra dövlətləri ilə yaxından əməkdaşlıq edir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bugün Azərbaycan Xəzəryanı bütün dövlətlərlə sıx əməkdaşlıq və qarşılıqlı dostluq münasibətlərini uğurla inkişaf etdirir. Belə bir təlimin keçirilməsi də Azərbaycan dövlətinin Xəzər dənizində hər zaman sülh və əminamanlığa xüsusi əhəmiyyət verməsindən xəbər verir. “Xəzər-2017” beynəlxalq təlimini mühüm hadisə adlandıran nazir qeyd etmişdir ki, bu gün beş ölkə arasında mövcud əməkdaşlığın yeni formatı yaranır. Sıx dostluq münasibətləri əsasında yaşayan Xəzəryanı dövlətlər arasındakı əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Son vaxtlar regionda təbii və texnogen risklərin artdığını vurğulayan fövqəladə hallar naziri bildirmişdir: “Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Bu baxımdan bugünkü təlim fəlakət risklərinin effektiv idarə olunması, mövcüd istiqamətlərdə fəaliyyətimizin gücləndirlilməsi və risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin hazırlayacaqdır”.

Fövqəladə Hallar Naziri təlimdə iştirak edən Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərlərinə və tədbirdə iştirak edən digər şəxslərə təşəkkürünü bildirmişdir.

Nazirin çıxışından sonra təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev beynəlxalq təlimə cəlb olunan qüvvə və texnikalar barədə məlumat verərək bildirmişdir ki, təlimə 1100 nəfər şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilmişdir.

Beynəlxalq təlimə Azərbaycan Respublikasının müvafiq qurumlarından 1014 nəfər şəxsi heyət, 197 ədəd texnika və 5 xüsusi təlim görmüş it, Qazaxıstan Respublikasından 17 nəfər şəxsi heyət və 3 ədəd texnika, Türkmənistan tərəfindən 20 şəxsi heyət, 3 ədəd texnika və 1 xüsusi təlim görmüş it, Rusiya Federasiyasından 49 nəfər şəxsi heyət və 5 ədəd texnika cəlb olunmuşdur.

Birləşmiş əməliyyat qərargahının üzvü general-mayor Kamil Bağırov təlimin mövzusu və məqsədləri barədə məlumat vermişdir.

Müşavirə zamanı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə birbaşa videobağlantı yaradılmış, Mərkəzin rəisi polkovnik Adil Abdullayev baş vermiş şərti təbii fəlakətlər barədə məlumat vermişdir. Müşavirə iştirakçıları, həmçinin “112” çevik reaksiya idarəsi ilə videoəlaqə yaradaraq vəziyyətlə tanış olmuşlar.

Sonra təlimdə iştirak edən Xəzəryanı dövlətlərin şəxsi heyət rəhbərlərinin təlimdə iştiraklarına dair raportları dinlənilmişdir.

Müşavirədə “Xəzər-2017” beynəlxalq təlimi ilə bağlı FHN tərəfindən hazırlanmış film də nümayiş olunmuşdur.

Müşavirədən sonra Xəzər dənizində təlimlərə başlanılmışdır. Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrin yaradılması, qüvvə və vasitələr arasında informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin, eyni zamanda dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilmişdir.

Tədbirin sonunda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olmuşdur.

Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Azərbaycan nefti bahalaşır
Azərbaycan nefti bahalaşır
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Loading Bars
Xəbər lenti
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib
Türkiyədə son sutkada koronavirusdan 35 786 nəfər sağalıb
Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə təşkil olunan onlayn turnirdə gümüş medal qazandı
Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)
Dünyada ötən sutka koronavirusa 718 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi
İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib
Böyük Britaniyada yeni potensial təhlükəli koronavirus növü aşkar edildi
Amerikalı məşhur reper vəfat edib
Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb
Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib
Azərbaycanda münbit investisiya muhiti mövcuddur- MUSİAD
“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi (FOTO)
Azərbaycanda ödəniş kartları ilə dövriyyə dəfələrlə artıb
Ceyhun Bayramov Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb (FOTO)
Azərbaycanda koronavirusa ən az yoluxma bu tarixdə qeydə alınıb
Türkiyədə yerli vaksin sınaqlarının ikinci mərhələsi başa çatıb
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Boris Consona başsağlığı verib
Dünya Bankı Azərbaycanda istehalk bazarının artımını proqnozlaşdırır
Ərdoğan və Putin Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasını müzakirə ediblər
Bütün xəbərlər