...

Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistan komandasını məğlub ediblər

Cəmiyyət Materials 3 Noyabr 2017 22:33 (UTC +04:00)
Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir
Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistan komandasını məğlub ediblər

Bakı. Trend:

Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.

Trend-in məlumatına görə, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.

Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.

Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5

Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti